...

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin üzvləri Xocalı soyqırımı ilə bağlı tədbir keçiriblər (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2013 17:23 (UTC +04:00)
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin üzvləri (TUMİB) bu gün Xocalı soyqırımının ildönümü münasibətilə əlaqədar "Ana fəryadı" abidəsini ziyarət edib və abidənin üzərinə gül dəstələri qoyublar.
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin üzvləri Xocalı soyqırımı ilə bağlı tədbir keçiriblər (FOTO)

Azərbaycan, Bakı, 22 fevral /Trend/

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin üzvləri (TUMİB) bu gün Xocalı soyqırımının ildönümü münasibətilə əlaqədar "Ana fəryadı" abidəsini ziyarət edib və abidənin üzərinə gül dəstələri qoyublar. Daha sonra isə Trend İnformasiya Agentliyinin Mətbuat Mərkəzində "Xocalı fəryadı" adlı tədbir keçirilib.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. TUMİB Gənclər Mərkəzinin sədri Aidə İmamova tədbirdə çıxış edərək bildirib ki, bu soyqırım insanlığa sığmayan bir faciədir.

İmanova qeyd edib ki, bu soyqırım ilə bağlı həm dünya ictimayyətinə məlumat verilməli, həm də gənc nəsil məlumatlandırılmalıdır. Daha sonra TUMİB Gənclər Mərkəzinin sədr müavini Günel Ağayeva, Birlik üzvlərindən Elşən Hacıyev və Cavid İbrahimov çıxış ediblər.

Tədbirin sonunda TUMİB Gənclər Mərkəzinin hazırladığı Xocalı həqiqətlərinin əks olunduğu videoçarx izlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti