...

Dnepropetrovskidə Xocalı soyqrımı ilə bağlı mətbuat konfransı və anım mərasimi keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2013 10:30 (UTC +04:00)
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) və Dnepropetrovsk Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Dnepropetrovski şəhərində Xocalı soyqrımının 21-ci ildönümü ilə bağlı mətbuat konfransı və anım mərasimi keçirilib.
Dnepropetrovskidə Xocalı soyqrımı ilə bağlı mətbuat konfransı və anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 fevral / Trend müxbir M.Əliyev/

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) və Dnepropetrovsk Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Dnepropetrovski şəhərində Xocalı soyqrımının 21-ci ildönümü ilə bağlı mətbuat konfransı və anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi UAGB-dən bildiriblər.

"Xocalı faciəsi 20-ci əsrin ən amansız soyqırım aktıdır" devizi ilə Dnepropetrovsk vilayətinin Gənclər Mərkəzində mətbuat konfransı keçirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk Vilayət təşkilatının nümayəndələri jurnalistlərə ermənilərin Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirtdikləri misli görünməmiş vəhşiliklər haqqında ətraflı məlumat verdilər.

Yerli televiziyada yayımlanan mətbuat konfransında dünya birliyini və beynəlxalq təşkilatları Xocalı soyqrımına hüquqi siyasi qiymət verməyə səsləyən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Elza Bəkirova ermənilərin Xocalı şəhərində törətdikləri vəhşilikləri insanlığa yönəlik bəşəri cinayət kimi səciyyələndirib.

Mətbuat konfransından sonra Dnepropetrovsk şəhərindəki Gənclər Mərkəzində Xocalı quranlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Anım mərasimində Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Qüdrət Hacıyev, təşkilatın sədr müavini Zöhrab Cəfərov və digər çıxış edənlər ermənilərin son iki əsrdə Azərbaycan xalqına və torpaqlarına qarşı həyata keçirtdikləri soyqırım və işğalçılıq siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Tədbirdə Azərbaycanın bütün sahələrlə yanaşı hərbi qüdrətinin də durmadan artdığını bildirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin çağırışına əsasən dünya azərbaycanlılarının istənilən zaman silaha sarılaraq torpaqlarımızı erməni işğalından azad etməyə hazır olduqlarını bildirib.

Sonra tədbirə qatılanlar Trend İnformasiya Agentliyinin hazırladığı "Sözün bitdiyi zaman" filminə baxmaqla özlərini beynəlxalq arenaya yazıq və məzlum xalq kimi təqdim edən ermənilərin hiyləgərliyinin əsl mahiyyəti ilə tanış olublar.

Anım mərasimində Xocalı soyqrımına hüquqi siyasi qiymət verilməsi üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti