...

Monteneqroda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş geniş tədbir keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 15:05 (UTC +04:00)
Monteneqronun paytaxtı Podqoritsa şəhərində fəaliyyət göstərən və ölkənin müxtəlif bölgələrindən tələbələrin təhsil aldığı Mehmet Fateh ali təhsil müəssisəsində Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş geniş tədbir keçirilib.
Monteneqroda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş geniş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Monteneqronun paytaxtı Podqoritsa şəhərində fəaliyyət göstərən və ölkənin müxtəlif bölgələrindən tələbələrin təhsil aldığı Mehmet Fateh ali təhsil müəssisəsində Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş geniş tədbir keçirilib.

Nümayəndəlikdən Trend-ə verilən məlumata görə, tədbirdə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərinin yerlə-yeksan edildiyi, dinc mülki əhalinin - uşaqların, qadınların, qocaların kütləvi qətliama məruz qaldığı, xüsusi amansızlıqla və vəhşiliklə qətlə yetrildiyi haqqında ətraflı məlumat verilib.

Dünyanın gözü qarşısında baş vermiş bu soyqırıma, Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş cinayətə beynəlxalq təşkilatların və digər xalqların biganə qalmamasına çağırış edilib və erməni millətçilərin vəhşilikləri və Ermənistanın təcavüzkar siyasəti birmənalı şəkildə pislənilib.

Tədbirdə "Xocalıya ədalət" kampaniyası və kampaniya çərçivəsində həyata keçirilən petisiya haqqında geniş məlumat verilib, Xocalı soyqırımında qətlə yetirilənlərin xatirəsi bir dəqiqə sükutla yad edilib.

Çıxışlardan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalı soyqırımı" sənədli filmi nümayiş etdirilib.

İRS jurnalının Xocalı soyqırımına həsr olunmuş xüsusi buraxılışının nüsxələri və monteneqro dilinə tərcümə edilmiş "Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Xocalı əhalisinin dünya xalqlarına, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti" tədbir iştirakçılarına paylanıb.

Tədbir Monteneqronun "Atlas" televiziyasının xəbərlər proqramında və "Pobjeda" qəzetində işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti