...

Misirli alim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin yerinə yetirilməməsini pisləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Aprel 2013 15:40 (UTC +04:00)
İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin yerinə yetirilməməsini pisləyir.
Misirli alim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin yerinə yetirilməməsini pisləyir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 aprel /Trend/

İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin yerinə yetirilməməsini pisləyir.

"Misir Ərəb Respublikası Azərbaycan torpaqlarının işğal olunması faktını qəbul edir və BMT-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icra olunmamasına qarşı çıxır", - Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bunu Seragəldin deyib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olan İsmayıl Seragəldin bildirib ki, biz alimlər həqiqəti gələcək nəsillərə və cəmiyyətə təhrif olunmadan çatdırmalıyıq.

Onun fikrincə, elm həmişə ideologiyaya qalib gələcək və alimlər həqiqətləri müəyyənləşdirərək cəmiyyətə çatdırmaqla şərq və qərb arasında bir körpü yaradırlar.

Seragəldin Azərbaycana, onun mədəniyyətinə və ən əsası da insanlarına, gənclərinə vurğunluğunu bildirib. Azərbaycan əhalisinin ağır müharibə şəraitindən əziyyət çəkməsinə təəssüf etdiyini bildirib və Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunacağına ümid etdiyini deyib.

Qeyd edək ki, Seragəldin dünya mədəniyyətinin incisi olan İsgəndəriyyə Kitabxanasının direktorudur, həmçinin Dünya Elektron Kitabxanası və Misir Elmlər Akademiyasına rəhbərlik edir. O, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi Cənubi Qafqaz Forumunda iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti