...

Azərbaycan XİN: Yerevan və Minsk qrupunun mövqeləri üst-üstə düşürsə, Ermənistan işğalçı qoşunlarını çıxarmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Aprel 2013 17:29 (UTC +04:00)
Əgər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın bildirdiyi kimi, rəsmi Yerevan və ATƏT-in Minsk qrupunun mövqeləri həqiqətən də üst-üstə düşürsə, bu ölkə Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını dərhal çıxarmalıdır.
Azərbaycan XİN: Yerevan və Minsk qrupunun mövqeləri üst-üstə düşürsə, Ermənistan işğalçı qoşunlarını çıxarmalıdır

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Əgər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın bildirdiyi kimi, rəsmi Yerevan və ATƏT-in Minsk qrupunun mövqeləri həqiqətən də üst-üstə düşürsə, bu ölkə Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını dərhal çıxarmalıdır. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

"Minsk qrupu işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı çağırışını 1993-cü ildən bəri müvafiq qətnamələrində əks etdirib", - o deyib.

Abdullayevin sözlərinə görə, rəsmi Yerevan onu da xatırlamalıdır ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri - Rusiya, ABŞ və Fransa prezidentləri Akvil, Muskok və Dovildə imzalanmış bəyanatlarında dəfələrlə təsdiq ediblər ki, regionda "status-kvo"nun saxlanması qəbuledilməzdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti