...

ATƏT sədrinin Cənubi Qafqaza səfərinin tarixi məlum olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 May 2013 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.Tariverdiyeva /

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara iyunun 17-dən 20-dək Cənubi Qafqaz regionunda səfərdə olacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ATƏT-in saytında xəbər verilib.

Dünən Vaşinqtonda Helsinski komissiyasının dinləmələrində çıxışı zamanı Kojara ATƏT-in Minsk qrupunun Azərbaycanla Ermənistan arasında dialoqun inkişafı və Dağqlıq Qarabağ münaqişəsi üzrə səyləri dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib. O, bu zaman "atəşkəs rejiminə ciddi şəkildə əməl olumasının vacibliyini" vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti