Mübariz Əhmədoğlu: Rəsmi Kiyev Qarabağ tənzimlənməsində cəsarətli addımlar atmaqla xarici siyasətində erməni faktorunu neytrallaşdıra bilər

Mübariz Əhmədoğlu: Rəsmi Kiyev Qarabağ tənzimlənməsində cəsarətli addımlar atmaqla xarici siyasətində erməni faktorunu neytrallaşdıra bilər

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Mehdiyev/

Ukraynadakı erməni diasporu dünya erməniliyinin ən sürətlə inkişaf edən seqmentidir. ABŞ-da, Fransada erməni lobbiçiliyi zəiflədikdən sonra Ukrayna erməniliyi yeni qüvvə ilə ortalığa çıxır. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Avstraliya və Latın Amerikasının bəzi dövlətlərində ermənilərinin aktivləşməsi prosesi də uzun çəkmədi: "Ukrayna erməniləri isə zaman keçdikcə qarşılarına yeni məqsədlər qoyurlar. Azərbaycan-Ukrayna münasibətlərinə müdaxilə etmək ilk məqsədlərdən biri idi. Ukraynadakı Azərbaycan diasporunu hədəf seçmələri də bununla əlaqəli idi".

Politoloq qeyd edib ki, Ukrayna ilə Azərbaycan arasında enerji əlaqələrini dayandırmaq bu ölkədəki erməni diasporunun daha güclü formada olduğu zaman ortalığa qoyduğu ikinci məqsəddir.

Əhmədoğlunun sözlərinə görə, hal-hazırda özünü Ukraynada tam güc sahibi hesab edən erməni diasporu "erməni soyqırımı" haqqında qanun layihəsini Ukrayna Parlamentinin müzakirəsinə qaldırdı. Bu onların üçüncü məqsədidir.

Politoloq bildirib ki, Ukrayna Erməniləri İttifaqının rəhbərlik etdiyi erməni diasporu xaotik hərəkət etmir; atdıqları addımlarda sistemlilik var: "Erməni diasporu uzun müddət ərzində kriminal yollarla varlanmışdır. Keçmiş Baş nazir Y.Timoşenkonu erməni mənşəli təqdim etməklə kriminal yolla pul qazanmaq imkanlarını daha da genişləndirdilər. Bu yolla əldə etdikləri vəsaitin bir qismini Ukraynanın bəzi dövlət rəsmilərinin, o cümlədən xarici siyasətlə məşğul olanların maliyyələşməsinə ayırırlar. Nəticədə aşkar şəkildə Timoşenkonu müdafiə edən erməni diasporu indi Viktor Yanukoviçin ən inanılmış adamlarına çevrilmişlər".

Əhmədoğlu qeyd edib ki, ABŞ-da prezident seçkilərində erməni diasporu saya salınmadı. Politoloqun sözlərinə görə, son 20 ildə ABŞ-dakı erməni təşkilatları ABŞ rəhbərliyinə sübut etməyə çalışırdılar ki, ABŞ-ın qüdrətlənməsində ən əhəmiyyətli rolu ermənilər oynayıb.

Əhmədoğlu hesab edir ki, ABŞ bezdi və mövqeyini nümayiş etdirdi: "erməni soyqırımı"ndan sonra 132 min erməni yetiminə həyatda yaşamaq şansı verdiyini sübut edən fotoşəkil və sənədlərin sərgisini təşkil etdi. O zaman bu şəkilləri "Rokfeller" mərkəzi çəkmişdi. "Rokfeller" mərkəzinin sərgisi Ermənistanda da nümayiş olundu. Ermənilərin həyasızlığı, dövlət siyasətinə müdaxiləsi rəsmi Vaşinqtonu bu addımı atmağa təhrik etdi".

Əhmədoğlu qeyd edib ki, erməni lobbisi rəsmi Vaşinqtona Azərbaycana və Türkiyəyə səfir təyin etməyə imkan vermirdi: "Hər halda rəsmi Kiyev nümayəndələrinin bu gün erməni puluna satılmışları ABŞ ermənilərinin oyunlarından və aldıqları cavablardan məlumatlı olmaları Ukrayna dövlətçiliyi üçün faydalıdır".

Onun sözlərinə görə, Fransa ermənilərinin davranışı və onların rəsmi Parisdən son zamanlar aldıqları cavablar da eynilə ABŞ-dakına bənzəyir: "Ermənilər Fransaya da özlərini olduqları kimi təqdim etdilər. Nikolaz Sarkozi prezident olarkən Sarkozinin oğlu Ermənistanda konsert verməsi üçün Ermənistan prezidenti Serj Sərkisyan dəfələrlə yalvardı. Sarkozinin oğlu atası prezidentlikdən çıxdıqdan sonra Ermənistanda konsert verməyə gəlsə də, erməni dövlət rəsmilərindən heç kim ona salam vermədi".

Əhmədoğlunun sözlərinə görə, Zakarpatye rusinləri, Dnestryanı və Dağlıq Qarabağ məsələləri Moskvada eyni adam tərəfindən koordinasiya olunur. Ukraynadakı ermənilər həmin şəxsin ən böyük dayaqlarından və maliyyə mənbələrindən biridir.

Politoloq qeyd edib ki, Ukrayna xarici işlər nazirinin dekabrın 5-dən başlanan Dağlıq Qarabağ İlinin tən yarısında regiona səfər etməsi onun erməni ssenarisi üzrə davrandığını göstərir.

Əhmədoğlu vurğulayıb ki, Ukraynanın MDB məkanındakı proseslərdə, o cümlədən münaqişələrdə spesifik rolu vardır: "ATƏT sədri olan Ukrayna indiyə kimi ən azı 5-6 dəfə regionda olub, Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olmalı idi; normal yanaşma bunu tələb edir. Erməni yanaşması isə passivlik üzərində qurulub. ATƏT sədri olan Ukrayna bu zamana kimi Minsk qrupunun, A.Kaspşikin missiyasının mandatı, tərkibi ilə məşğul ola, Minsk qrupunun fəaliyyətini BMT səviyyəsində aktual müzakirə mövzusuna çevirə bilərdi."Böyük Sülh Sazişinin" hazırlanmasına nail olardı. Dağlıq Qarabağ tənzimlənməsi ilə ATƏT MQ-nin deyil, BMT TŞ-nin məşğul olmasına nail olmalı idi. Rəsmi Kiyev "erməni soyqırımı" ilə bağlı sənədi vizalayıb parlamentə göndərmək əvəzinə, V.Şatvoryandan Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşünü təşkil etməyi tələb edə bilərdi".

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ tənzimlənməsinin yubanması Ermənistanı faciəyə sürükləyir.

Əhmədoğlu bildirib ki, bu gün ermənilərin maraqlarını icra edərək münaqişənin tənzimlənməsinə müdaxilə etməyənlər yaxın vaxtlarda peşman olacaqlar: "Azərbaycan inkişaf edir. Dağlıq Qarabağ kimi problem Azərbaycanı inkişaf etməyə məcbur edən böyük bir mühərrikə çevrilib. Ukraynada onu da unutmasınlar ki, vaxtilə Azərbaycan Ukraynaya yardım edərkən qat-qat böyük riskə məruz qalmışdı. Ukrayna ictimai-siyasi mühiti Azərbaycanın siyasi əxlaqı ilə özlərinin siyasi əxlaqını müqayisə edə bilərlər. Ukraynaya neft-qaz satmasaq, oradan silah almasaq bizə heç nə olmayacaq. Rəsmi Kiyev Azərbaycanın ona etdiklərinə qarşı laqeyidliyinin məsuliyyətini öz boynuna götürməyi rəva bilirmi?!".

Əhmədoğlu vurulayıb ki, hələ ki gec deyil, rəsmi Kiyev Dağlıq Qarabağ tənzimlənməsində cəsarətli addımlar atmaqla Ukraynadakı erməni kriminallarının pulundan asılı olmadığını, müstəqil siyasət apardığını sübut edə bilər: "Ukraynanın rolu olsa da, olmasa da, Dağlıq Qarabağ münaqişəsi tənzimlənəcəkdir, amma rəsmi Kiyev üçün indiki siyasətinin vurduğu ləkəni yumaq çox çətin olacaqdır".

Prezident İlham Əliyev: Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir
Prezident İlham Əliyev: Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir
Prezident İlham Əliyev: Deyirlər ki, biz yeddi rayonu azad etmişik, elə deyil, daha çox ərazini azad etmişik
Prezident İlham Əliyev: Deyirlər ki, biz yeddi rayonu azad etmişik, elə deyil, daha çox ərazini azad etmişik
Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir
Prezident İlham Əliyev: Deyirlər ki, biz yeddi rayonu azad etmişik, elə deyil, daha çox ərazini azad etmişik
Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri qəhrəmanlıq göstəriblər
Prezident İlham Əliyev: Böyük Qayıdış proqramının icrasında ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
Prezident İlham Əliyev: Şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir
Prezident İlham Əliyev: Bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi öz işini yekunlaşdırıb - XİN
Türkiyədən Azərbaycana daha çox sərmayəçi gələ bilər - Abdurrahman Uzun
Müttəfiq ölkə liderlərinin Prezident İlham Əliyev haqqında qiymətləndirmələri Azərbaycana verilən dəyərdir - Aydın Quliyev
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş ilə görüşüb (FOTO)
Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
Paytaxtın bu yollarında sıxlıq var, avtobuslar gecikir (FOTO)
YAP-ın İdarə Heyətinin yeni tərkibi məlum oldu (SİYAHI)
Xalqın bütün təbəqələri YAP-a inanır - Məlahət İbrahimqızı
Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb
İsveçdə "vaksin pasportları" verilə bilər
Prezidentin açılış etdiyi gəmi-muzeydən REPORTAJ
Nəsir İmanquliyev yad edildi (FOTO)
Norveç şirkəti Azərbaycana 25 000 dollarlıq yatırım edib
Qazi və şəhid ailələrinin evinə qaz verilib
Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
“Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqləndi
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
Avropa koronavirusun üçüncü dalğası ilə üz-üzədir
Prezident İlham Əliyev: Ali Baş Komandan kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır
Prezident İlham Əliyev: İqtisadi sahədə dürüstlük, inhisarlara son dövrüdür
Prezident İlham Əliyev: “Demokratlar” indi niyə susurlar, niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır
Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası
Azərbaycan Prezidenti: Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır?
QDİƏT ölkələri pandemiyanın turizmə təsirini müzakirə ediblər
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdu
Prezident İlham Əliyev: Bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur
Azərbaycan İlahiyyat İnstitutunda növbəti iclas keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Azərbaycan Prezidenti: Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq
Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)
Prezident İlham Əliyev: Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti mən hakimiyyətə gələndə uşaq olan insanlardır
Prezident İlham Əliyev: İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır, məcbur edəcəyik onları
Azərbaycan Prezidenti: Lüksemburq o qədər də böyük, yumşaq desək siyasi çəkiyə malik olan ölkə deyil ki, naziri bizə irad tutsun
Azərbaycan Prezidenti: Böyük ölkələrin nümayəndələri məni ittiham etdilər ki, İlham Əliyev sülh istəmir
KOBİA özünüməşğulluq proqramına dəstəyini davam etdirir
Ombudsman hərbi helikopterin qəzaya uğraması ilə bağlı Türkiyənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat cütlüyünun əli Azərbaycan xalqının qanına batmışdır
Prezident İlham Əliyev: O vaxt milli maraqları hər şeydən üstün tutan “91-lər”in fəaliyyətini yüksək qiymətləndirirəm
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı ünvanayıb
YAP icra katibliyi ləğv edildi
DSX rəisi Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Rusiyada ikinci koronavirus vaksini ilə kütləvi peyvəndləmə başlayır
Prezident İlham Əliyev: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
Yoluxma sayında artım davam edərsə, karantin sərtləşdirilə bilər - Şöbə müdiri
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Rəsmi Yerevan sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir - Leyla Abdullayeva
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
Prezident İlham Əliyev: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin olunub
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi azadlığa buraxıldı
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
“Arabnews” qəzeti: Azərbaycan Pakistanı bütün sahələrdə dəstəkləyir
Bakıda ağacların dibi asfaltdan təmizlənib (FOTO)
Roma papası peyvənd olunduqdan sonra ilk xarici səfərini reallaşdırdı
Ağdam rayonunun Tağıbəyli kəndi (VİDEO)
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü
İƏT-in Zirvə toplantısı: Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycanın strateji tərəfdaşları kimi...
Ermənistan daha bir beynəlxalq müsabiqədə iştirak etməyəcək
Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu!
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
YAP-ın VII qurultayını qalib ölkənin qurultayı adlandırmalıyıq - Musa Quliyev (VİDEO)
DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib
Vilayət Eyvazov Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb
YAP-ın növbədənkənar qurultayı: Hakim partiyada nələr dəyişdi? - Trend TV-nin REPORTAJI
Şəhid anaları ziyarət edilib (FOTO)
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəalları ilə görüşüb (FOTO)
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik
Prezident İlham Əliyev: Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra edilir və hədəflərimizə çatırıq
Əhaliyə vaksinasiya üçün onlayn növbə götürməyə çağırış edilib
Azərbaycanda koronavirusa yoluxanların sayı artıb
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir
Prezident İlham Əliyev: YAP-ın VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
Energetika Nazirliyində 8 Marta həsr olunmuş tədbir keçirilib
İranda ötən sutka 81 nəfər koronavirusdan ölüb
Azərbaycanda siyasi partiyaların sayı 56-ya düşüb
Mübariz Mənsimov azadlığa buraxılıb
Bəzi müxalifət partiyaları qollara parçalandığı halda, YAP birləşdirici funksiya daşıyır - YAP-a qoşulan partiya sədri
Bütün xəbərlər