...

Azərbaycan ATƏT sədrini Minsk Qrupunun fəaliyyətini aktivləşdirməyə çağırıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2013 13:22 (UTC +04:00)
Azərbaycan ATƏT sədrini Minsk Qrupunun fəaliyyətini aktivləşdirməyə çağırıb.
Azərbaycan ATƏT sədrini Minsk Qrupunun fəaliyyətini aktivləşdirməyə çağırıb (FOTO)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycan ATƏT sədrini Minsk Qrupunun fəaliyyətini aktivləşdirməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna XİN rəhbəri Leonid Kojara ilə keçirilən görüşdən sonra jurnalistlərə aşıqlamasında bildirib.

Məmmədyarovun sözlərinə görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ətraflı şəkildə müzakirə ediblər.

Nazirin sözlərinə görə, ATƏT sədri kimi Ukrayna bu məsələyə müntəzəm olaraq diqqət ayırır. Eyni zamanda həmsədrlərin daha sıx görüşləri münaqişənin nizama salınmasına kömək edə bilər.

Məmmədyarov bildirib: "Mən həmkarımı danışıqlar barədə məlumatlandırdım. Biz yaxın vaxtlarda ATƏT-in Minsk qrupu həmsədrləri ilə daha bir görüş keçirməyi planlaşdırırıq. Bu günə olan əsas problem Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin olmasıdır. Onlar buradan çıxarılmalıdır".

Nazirin sözlərinə görə, Azərbaycan Madrid prinsipləri əsasında münaqişənin sülh yolu ilə həll olunmasına sadiqdir və əlbəttə münaqişənin nizama salınması üzrə böyük sülh razılaşmasının üzərində işin tezliklə başlayacağını gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti