...

ATƏT sədri: Minsk qrupunun fəaliyyəti daha aktiv ola bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2013 14:36 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun fəaliyyəti daha aktiv ola bilər. Trend-in bazar ertəsi Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Yerevanda mətbuat konfransında deyib.
ATƏT sədri: Minsk qrupunun fəaliyyəti daha aktiv ola bilər

Azərbaycan, Bakı, 15 iyul /Trend/

ATƏT-in Minsk qrupunun fəaliyyəti daha aktiv ola bilər. Trend-in bazar ertəsi Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Yerevanda mətbuat konfransında deyib.

Kojara xatırladıb ki, Ukrayna üçün ATƏT-də sədrliyi dövründə dondurulmuş münaqişələrin nizamlanması prioritetlərdən biridir.

Nazir bildirib: "Ukrayna dondurulmuş münaqişələrlə əhatə olunub. Bunlar Moldova və Cənubi Qafqazdır. Ukraynanın mövcud məsələyə diqqəti bununla əsaslanıb".

Onun sözlərinə görə, Ukrayna aktiv prosesi dəstəkləməyin, müxtəlif formatlarda, yəni prezidentlər və xarici işlər nazirləri səviyyəsində görüşlərin keçirilməsinin zəruriliyindən çıxış edir.

Kojara qeyd edib ki, Ukrayna Minsk qrupunun fəaliyyətini dəstəkləyir, lakin hesab edir ki, qrup daha fəal və fəaliyyətinin daha konkret nəticələri ola bilərdi.

ATƏT sədrinin sözlərinə görə, heç bir münaqişə konfrans və ya iclasdan sonra nizamlanmayıb, praktiki iş lazımdır.

Kojara, eyni zamanda, vətəndaş cəmiyyətinin nümayəndələri arasında görüşün təşkilinin vacibliyini vurğulayıb.

Nazir deyib ki, Ukrayna belə görüşün keçirilməsi üçün öz ərazisini təqdim etməyə hazırdır: "Bundan başqa, Ukrayna humanitar fəlakətlərin nəticələrinin yüngülləşdirilməsinə istiqamətlənmiş istənilən fəaliyyəti dəstəkləyir. İstənilən münaqişə isə belə nəticələr törədəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti