...

Almaniyalı deputat: Xocalı aeroportunun açılması sülh danışıqlarını mürəkkəbləşdirər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyul 2013 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul / Trend, müxbir S.Əhmədova /

Ermənistanın Xocalı hava limanını yenidən açması Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarının davam etdirilməsini mürəkkəbləşdirər. Trend-in məlumatına görə, bu barədə Almaniya Xristian Demokrat İttifaqının (CDU/CSU) parlamentdəki deputatı, Bundestaqın Səhiyyə Komitəsinin üzvü Yens Şpan Avropa Azərbaycan Cəmyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında bildirib.

O qeyd edib ki, hava limanı BMT qərarlarına əsasən, Azərbaycan Respublikasının tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində yerləşir.

"BMT-nin müvafiq komitələri münaqişədən yaxşı xəbərdardır. BMT Təhlükəsizlik Şurası hələ 1993-cü ildə özünün 822 saylı qətnaməsi ilə Ermənistan hərbi qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını birmənalı şəkildə tələb etmişdir. Bu qətnamə bu günədək qüvvədədir və Almaniya onu dəstəkləyir" Yens Şpan bildirib.

Onun sözlərinə görə, hər bir dövlətin müqəddəratı onun ərazi bütövlüyünü qoruyub saxlamasından asılıdır:

"Bu, xüsusilə də, Azərbaycan barədə bir həqiqətdir, çünki onun bir hissəsi xarici hərbi qüvvələr tərəfindən işğal edilib. Təhlükəsizlik Şurasının da tələb etdiyi kimi, Azərbaycan dövlətinin ərazi bütövlüyü tamamən bərpa olunmalıdır. Bu yolla məcburi köçkünlərin öz torpaqlarına qayıtma imkanı yaranar".

Deputatın sözlərinə görə, ötən il Azərbaycan və Almaniya arasındakı diplomatik əlaqələrin 20 illiyi qeyd olunub:

"Bu münasibətlə federal hökumət ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdiriləcəyini bəyan etdi. Azərbaycan Cənubi Qafqazda Almaniya üçün mühüm tərəfdaşdır".

Yens Şpan qeyd edib ki. Almaniya, xüsusilə də, Avropa İttifaqı çərçivəsində münaqişənin həlli istiqamətində əzmlə çalışır.

"Bu prosesdə hər iki tərəfin istənilən fitnəkar addımdan çəkinməsi vacibdir. Yalnız bu yolla danışıqlar məntiqli şəkildə davam etdirilə bilər. Lakin, Ermənistanın Xocalı hava limanının yenidən açması danışıqların davam etdirilməsini mürəkkəbləşdirir" Yens Şpan qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti