Azərbaycan, Bakı, 29 iyul /Trend/
Ukrayna ATƏT-də sədrliyinin sonunadək dondurulmuş münaqişələrin həllində müstəsna fəallıq göstərəcək. Trend-in məlumatına görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara "İnterfax"a müsahibəsində deyib.
Kojara bildirib: "Biz dondurulmuş münaqişələrin nizamlanmasında bu ilin sonunadək müstəsna fəallıq göstərəcəyik. Xəritəyə baxsaq görərik ki, Ukrayna bu münaqişələrlə hər tərəfdən əhatə olunub. Bizim Moldova ilə 1200 kilometr quru sərhədimiz var, şərqimizdə isə Cənubi Qafqazın üç ölkəsindəki dondurulmuş münaqişələrlə üz-üzəyik".
Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələrində vəziyyət mürəkkəbdir: "Çünki bu regionda münaqişələrin yaranması üçün dərin tarixi, mədəni köklər mövcuddur. Lakin ATƏT-ə sədrlik edən ölkə kimi Gürcüstan, Azərbaycan və Ermənistanda olduqca fəal çalışırıq".