...

Qoşunların təmas xəttində monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Avqust 2013 09:37 (UTC +04:00)
Qoşunların təmas xəttində monitorinq keçiriləcək
Qoşunların təmas xəttində monitorinq keçiriləcək

Azərbaycan, Bakı, 13 avqust / Trend müxbir M.Əliyev/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 14-də Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndinin qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və şəxsi köməkçi Uilyam Prayor keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeniy Şarov keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti