Azərbaycan, Bakı, 13 sentyabr /Trend/
Bakı və Yerevan arasında birbaşa dialoq görüş xatirinə olmamalıdır. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu Yerevanda işgüzar səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
M.Məmmədquliyev "Şərq Tərəfdaşlığı" çərçivəsində qeyri-formal dialoqda iştirak edir.
Nazir müavini qeyd edib ki, dialoq hazırda dayandırılıb: "Birbaşa dialoqa gəlincə, hər şey ona necə hazırlaşmaqdan asılıdır. Ciddi hazırlıq və ciddi məsələlər olmalıdır. Bu, görüş xatirinə görüş olmamalıdır. Hər hansı qərarla bağlı müzakirələr aparılmalıdır. Bu, prezidentlərdən asılıdır".