...

Düşmən cavab atəşi ilə susdurulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Sentyabr 2013 10:08 (UTC +04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Tərtər rayonunun Qızıl Oba, Göyarx, Goranboy rayonunun Gülüstan, Ağdam rayonunun Sarıcalı, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti