Azərbaycan, Bakı, 6 noyabr /Trend/
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 7-də Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli kəndinin şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Uilyam Prayor və Jiri Aberle keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Yevgeni Şarov və Xristo Xristov və keçirəcəklər.