...

İSESCO-nun baş direktoru beynəlxalq ictimaiyyəti erməni silahlılarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün addımlar atmağa çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2014 13:42 (UTC +04:00)
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri beynəlxalq ictimaiyyəti erməni silahlıları tərəfindən Xocalıda törədilən bəşəriyyətə qarşı bu iyrənc irqçi cinayəti pisləməyə çağırıb.
İSESCO-nun baş direktoru beynəlxalq ictimaiyyəti erməni silahlılarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün addımlar atmağa çağırıb

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir E.Mehdiyev/

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri beynəlxalq ictimaiyyəti erməni silahlıları tərəfindən Xocalıda törədilən bəşəriyyətə qarşı bu iyrənc cinayəti pisləməyə çağırıb.

Trend-in İSESCO-nun rəsmi saytına istinadən verdiyi xəbərə görə, əl-Tuveycri qeyd edib ki, II Dünya müharibəsi zamanı bəşəriyyətə qarşı törədilən faciələr, vəhşiliklər və cinayətlər 1992-ci ildə Xocalıda və Dağlıq Qarabağın digər ərazilərində təkrarlandı.

O, BMT Təhlükəsizlik Şurasının erməni işğalına son qoymaqda və erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazilərindən çıxması barədə qətnamələrin yerinə yetirilməsində uğursuzluğa düçar olduğunu diqqətə çatdırıb və bunun BMT nizamnaməsinə, insan hüquqları prinsiplərinə və mənəvi dəyərlərə tam zidd olduğunu bildirib.

Əl-Tuveycri Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün beynəlxalq birliyi erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması üçün lazımi addımlar atmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti