...

Səfir İrfan Siddiq: Hamı razılaşır ki, Ermənistan işğal olunmuş ərazilərdən çəkilməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2014 14:36 (UTC +04:00)
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Xəzər Universitetində “Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığının siyasəti və siyasi mədəniyyəti”adlı məruzə ilə çıxış edib.
Səfir İrfan Siddiq: Hamı razılaşır ki, Ermənistan işğal olunmuş ərazilərdən çəkilməlidir

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir S.Əhmədova/

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Xəzər Universitetində "Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığının siyasəti və siyasi mədəniyyəti"adlı məruzə ilə çıxış edib.

Trend-in məlumatına görə, universitet tələbələrinin iştirak etdiyi tədbirdə səfir əvvəlcə təmsil etdiyi ölkənin siyasi ənənələri barədə danışıb. O həmçinin ölkənin xarici siyasəti və onun əsas məqsədlərindən söhbət açıb.

Məruzədə İ.Siddiq Ukraynada və digər ölkələrdə müşahidə olunan qeyri-stabil vəziyyətlərə də toxunub.

Azərbaycanla əlaqələr barədə danışan İ.Siddıq deyib ki, Böyük Britaniya Azərbaycanla, xüsusi ilə enerji və iqtisadi sahələrdə güclü əlaqələrə malikdir. O əlavə edib ki, Azərbaycanda Britaniya şirkətləri fəaliyyət göstərir və onlar son illər ərzində bu ölkənin inkişafına kömək ediblər: "Əlaqələrimiz əladır. Britaniya Azərbaycanda ən böyük xarici sərmayəçidir. Bu, həm Azərbaycan, həm də Britaniya üçün faydalıdır".

Səfir əlavə edib ki, çoxlu sayda azərbaycanlı tələbə Böyük Britaniyada təhsil alır: "Eyni zamanda, çoxsaylı azərbaycanlı turistlər də Britaniyanı ziyarət edirlər. Biz viza sistemini də dəyişdik ki, onu daha da təkmilləşdirək. Çünki ildən-ilə daha çox azərbaycanlı turist Britaniyaya səfər edir".

Diplomat Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Hamı razılaşır ki, Ermənistan işğal olunmuş ərazilərdən çəkilməlidir və bu torpaqlar Azərbaycana qaytarılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti