...

Ceyms Uorlik: Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirməyin yolunu tapacağamıza ümid edirik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 May 2014 11:07 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirməyin yolunu tapacaqlarına ümid edir.
Ceyms Uorlik: Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirməyin yolunu tapacağamıza ümid edirik

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir S.Әhmədova/

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirməyin yolunu tapacaqlarına ümid edir.

Ceyms Uorlik həmsədrlərin regiona növbəti səfəri ilə bağlı Trend-in sualına cavabında deyib ki, həmsədrlərin yaxın zamanda bu səyləri davam etdirmək üçün hər iki prezidenti bir araya gətirməyin yolunu tapa biləcəyinə ümid edir: "Sülh prosesinin uğuru və ya uğursuzluğu tərəflərin siyasi iradəsindən asılıdır. Mən danışıqlar masasına yeni ideyalar gətirmək və tərəflərə sülh sazişi üzrə real danışıqlara yol tapmaqda kömək etmək üçün rusiyalı və fransalı həmkarlarımla işləmək istəyirəm".

C.Uorlik bildirib ki, tezliklə danışıqların mahiyyəti üzərində işləmək üçün Azərbaycan rəhbərliyi ilə ya regionda, ya da başqa bir yerdə görüşməyi səbrsizliklə gözləyir.

Onun sözlərinə görə, həmsədrlərin regiona son səfərinin əsas məqsədi Kəlbəcərə, Laçına, ümumiyyətlə, Dağlıq Qarabağa baş çəkmək idi.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və ATƏT-in Minsk qrupunun Fransa tərəfindən yeni təyin edilmiş yeni həmsədri Pyer Andryu mayın 16-19-da regionda səfərdə olublar. Həmsədrlər səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Həmsədrlərin səfərinin əsas məqsədi mandatlarına uyğun olaraq, Dağlıq Qarabağda, Kəlbəcər və Laçın rayonlarındakı vəziyyətlə tanış olmaq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti