Azərbaycan, Bakı, 2 avqust /Trend/
Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumu zamanı itki verdiyini təsdiqləyib. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.
Ermənistan mediası xəbər yayıb ki, bir erməni hərbi qulluqçu öldürülüb, 3-ü yaralanıb.
Xarici KİV-in məlumatına görə isə əslində Ermənistan silahlı birləşmələrinin itkiləri daha çox - 50 nəfərə yaxın olub.
Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digır kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.