...

Fransız deputat Azərbaycanda atəşkəs rejiminin pozulması ilə əlaqədar Fransa XİN-ə sorgu göndərib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Avqust 2014 15:51 (UTC +04:00)
Fransa Milli Assambleyasının üzvü Jan-Fransua Mansel Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son atəşkəs rejiminin pozulması halları ilə əlaqədar Fransanın xarici işlər naziri Loren Fobiusa sorğu ilə müraciət edib.
Fransız deputat Azərbaycanda atəşkəs rejiminin pozulması ilə əlaqədar Fransa XİN-ə sorgu göndərib

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Fransa Milli Assambleyasının üzvü Jan-Fransua Mansel Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son atəşkəs rejiminin pozulması halları ilə əlaqədar Fransanın xarici işlər naziri Loren Fobiusa sorğu ilə müraciət edib.

Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə bildirilib ki, avqustun 10-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında Soçidə baş tutan görüşün ardınca deputat Fransanın xarici işlər nazirinə sorğu ilə müraciət edib.

Jan-Fransua Mansel nazirə bir daha xatırladıb ki, Fransa Rusiya və Amerika Birləşmiş Ştatları ilə birgə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir: "Mən ona sual verdim ki, Fransa hökumətinin bu məsələ ilə bağlı fikri nədir və münaqişənin Prezident Əliyevin qeyd etdiyi kimi, beynəlxalq qaydalara və ədalətə əsaslanaraq sülh və danışıqlar yolu ilə həllinin sürətləndirilməsi üçün hansı addımların atılması planlaşdırılır?"

Jan-Fransua Mansel Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvüdür. O, həmçinin yeni yaradılmış Azərbaycanın Dostları Cəmiyyətinin prezidentidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti