...

Elmar Məmmədyarov Ceyms Uorliklə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Sentyabr 2014 20:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyasında iştırakı çərçivəsində bu gün ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorliklə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr aparılıb.

E.Məmmədyarov Azərbaycanın mövqeyini bir daha vurğulayıb və münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti