...

Mixail Qusman: Azərbaycanın ədalətli mövqeyi dünya ictimaiyyətinə çatdırılmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2014 14:36 (UTC +04:00)
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi üzrə ədalətli mövqeyi dünya ictimaiyyətinə çatdırılmalıdır.
Mixail Qusman: Azərbaycanın ədalətli mövqeyi dünya ictimaiyyətinə çatdırılmalıdır

Azərbaycan, Bakı 3 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi üzrə ədalətli mövqeyi dünya ictimaiyyətinə çatdırılmalıdır. Bunu Trend-ə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman bildirib.

M.Qusman deyib: "Azərbaycanlı həmkarlarım və ölkə KİV-i Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün çox işlər görürlər. Lakin mənə elə gəlir ki, Azərbaycan KİV-i bu mövqenin belə ağır informasiya qarşıdurması şəraitində ölkənin işğal altında olan ərazilərində vəziyyət haqqında daha aydın, daha dəqiq, daha çox həqiqətin səsləndirilməsi üçün çox iş görməlidir".

Onun sözlərinə görə, bu gün artıq müharibədən sonra böyüyən və həmin ağrını yaşamayan bütöv bir gənc nəsil var. Ona görə bu barədə yaddaşın və işğal edilən ərazilərin azad edilməsi haqqında ədalətli tələbin dünya ictimaiyyətinə aydın şəkildə çatdırılması çox vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti