...

Dağlıq Qarabağ regionunda zorakı məskunlaşdırma haqqında ayrı-ayrı ölkələrin parlamentarilərinə məktub göndərilməsi təklif edilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Oktyabr 2014 12:38 (UTC +04:00)
Dağlıq Qarabağ regionunda və digər ərazilərdə zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyət haqqında ayrı-ayrı ölkələrin parlamentarilərinə məktub göndərilməsi təklif edilir.
Dağlıq Qarabağ regionunda zorakı məskunlaşdırma haqqında ayrı-ayrı ölkələrin parlamentarilərinə məktub göndərilməsi təklif edilir

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Dağlıq Qarabağ regionunda və digər ərazilərdə zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyət haqqında ayrı-ayrı ölkələrin parlamentarilərinə məktub göndərilməsi təklif edilir. Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Musa Qasımlı çıxış edib.

Millət vəkili bildirib: "Biz bu payız sessiyası dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri, işğal edilmiş Dağlıq Qarabağ regionunda və digər ərazilərdə zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyət haqqında həm beynəlxalq parlament təşkilatlarına, həm də ayrı-ayrı ölkələrinin parlamentləri ilə dostluq qruplarının üzvlərinə fərdi olaraq məktublar göndərək və xahiş edək ki, onlar bu məsələni öz parlamentlərində qaldırsınlar".

M.Qasımlı xatırladıb ki, ermənilər 2015-ci ildə tarixdə heç zaman olmayan qondarma "soyqrım"ın 100 illiyini qeyd etməyə hazırlaşır: "Biz də bundan istifadə edərək öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalıyıq. Fikrimcə, 2015-ci ildə Xocalı soyqrımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Milli Məclis daha yüksək fəallıq göstərə bilər. Bunun bizə böyük faydası olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti