...

"Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davamını təmin etmək vacibdir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2014 12:46 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların davam etdirilməsini təmin etmək vacibdir.
"Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davamını təmin etmək vacibdir"

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların davam etdirilməsini təmin etmək vacibdir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib.

Onun sözlərinə əsasən, cari il ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində demək olar, mütəmadi silahlı insidentlər baş verib: "Cənubi Qafqazda vəziyyət getdikcə daha da kəskinləşir. Vəziyyətin təhlükəli inkişafına yol vermək olmaz".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti