...

Amanda Pol: Qərb Azərbaycana münasibətdə ikili standartlar tətbiq edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2015 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir Yelena Kosolapova/

Qərb postsovet məkanındakı münaqişələrə münasibətdə ikili standartlar tətbiq edir. Bunu Trend-ə Avropa Siyasət Mərkəzinin (Brüssel) analitiki Amanda Pol deyib.

Onun sözlərinə görə, bu, Qərbin Ukraynadakı münaqişə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qiymətləndirmələrindən və fəaliyyətindən aydın görünür.

Xanım A.Pol xatırladıb ki, Krımın Rusiyaya birləşdirilməsindən sonra Qərb dərhal və dəfələrlə beynəlxalq hüquq, ərazi bütövlüyü və beynəlxalq ictimaiyyətin tanıdığı sərhədlərə hörmətin vacibliyini qeyd edib: "Bundan başqa, Qərb sanksiyalar tətbiq etdi və başa saldı ki, bu sanksiyalar yalnız Krımın azad edilməsindən sonra aradan qaldırılacaq. Həqiqətən də dövlətlərin ərazi bütövlüyünə hörmət son bir neçə onillik ərzində beynəlxalq davranışın ən geniş yayılmış normalarından birinə çevrilib".

Ekspert deyib ki, Qərbdəki tərəfdaşları kimi, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycan gözləyirdi ki, Ukraynadakı hadisələr Dağlıq Qarabağa görə Ermənistanla münaqişəyə təsir edəcək və Qərbin postsovet məkanında bütün münaqişələrə qarşı eyni yanaşması olmalıdır: "Təəssüf ki, bu belə deyil".

Onun sözlərinə görə, Qərbin Ermənistan və Azərbaycana qarşı həmişə "balanslaşdırılmış yanaşma"sı olub: "Qərb bunu münaqişənin həllinin razılaşdırılmasına nail olmaq üçün ən yaxşı yanaşma hesab edir. Lakin çətin ki, bu yanaşmanın şansı olsun. Üstəlik, ikili standartların tətbiqi ilə belə yanaşma artıq Azərbaycanın Aİ və ABŞ-la münasibətlərinə mənfi təsir edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti