...

Mübariz Əhmədoğlu: Ermənistan dünyaya verdiyi “soyqırım” mesajına Dağlıq Qarabağ tənzimlənməsi cavabını alır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Mart 2015 10:35 (UTC +04:00)
Ermənistan dünyaya verdiyi “soyqırım” mesajına Dağlıq Qarabağ tənzimlənməsi cavabını alır.
Mübariz Əhmədoğlu: Ermənistan dünyaya verdiyi “soyqırım” mesajına Dağlıq Qarabağ tənzimlənməsi cavabını alır

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İlkin İzzət/

Ermənistan dünyaya verdiyi "soyqırım" mesajına Dağlıq Qarabağ tənzimlənməsi cavabını alır. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, "erməni soyqırımı"nın 100 illiyinin qeyd olunmasına 1 aydan da az vaxt qalır. Bununla bağlı artıq müəyyən nəticələrə gəlmək mümkündür: "Yalnız Fransa Prezidenti Fransua Olland aprelin 24-ü günü Ermənistanda olacağını bəyan edib. Fransa prezidenti F.Olland səfər proqramına dəyişıklik etdi. O, təkcə Ermənistana deyil, həm də Azərbaycana səfər edəcək. F.Olland təkcə "erməni soyqırımı" ilə deyil, həm də Dağlıq Qarabağ tənzimlənməsi ilə də məşğul olacaq. Bununla da Fransa prezidenti aprelin 24-ü günü Ermənistanda olmasının statusunu aşağı saldı. Bunu Ermənistan özü "qazanıb". Dağlıq Qarabağ tənzimlənməsi üzrə keçirilən Paris görüşünə qarşı ermənilər iki dəfə əxlaqsızlıq etdilər. Əvvəla, Ermənistan və ABŞ Paris görüşünün baş tutmaması üçün əllərindən gələn hər şeyi etdilər. Geosiyasi reallıqlar dəyişdikdən, Rusiya aktivləşdikdən sonra ABŞ Ollandın təşəbbüsünə maneçilik etmədi. Yalnız bundan sonra Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü baş tutdu. Paris görüşündən dərhal sonra isə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində ən böyük hərbi təlimlərini keçirdi. Bununla da, Paris görüşünə, onun təşəbbüskarına özünün münasibətini nümayiş etdirdi.

Rusiya prezidentinin aprelin 20-si tarixlərində Ermənistana səfər edəcəyi də onun aprelin 24-də Yerevanda olması anlamına gəlmir.

Virtual Ermənistanın prezidenti Serj Sərkisyanın Avropa Xalq Partiyasının Brüsseldə keçirilən qurultayında iştirakı daha çox şeyin üstünü açdı. Eləcə də, S.Sərkisyan yalnız Avropa Xalq Partiyası lideri Jozef Dolun aprelin 24-də Yerevanda olmağa razılıq verdiyini bildirməsi göstərir ki, Avropa İttifaqı liderləri də aprelin 24-də Yerevanda olmayacaqlar. Sərkisyan qalan günlər ərzində bəzi Avropa dövlətlərinə səfər edib bu ölkələrin yüksək cinli təmsilçilərinin aprelin 24-də Yerevanda olmasına çalışır. Uğur qazanacağı şübhə altındadır".

M.Əhmədoğlunun fikrincə, Vatikanın "Erməni soyqırımı" tədbirlərində iştirakı mövzusu Ermənistanda qapalı mövzulardan biridir: "Roma Papası aprelin 24-ü ərəfəsində öz iqamətgahında bir qrup katolik erməni ilə görüş keçirəcək. Sərkisyanın "Ermənistan xristianlığın Şərqdə ən son qalasıdır" tezisi və II Qareginlə birlikdə hazırladığı "Ermənistan dövlət olaraq xristianlığı qəbul edən ilk dövlətdir"formulu yaranmazdan əvvəl Vatikanın Ermənistana münasibəti daha isti idi. Sərkisyanın xristianlığın adından dəllallıq etməsi görünür, Vatikanın xoşuna gəlməyib. Vatikanın fikrincə, ermənilərin xristianlığın inkişafında o qədər də böyük rolu olmayıb. Amma Yaxın Şərq kimi mürəkkəb regionda əsrlər boyu ermənilərin mövcud olmasının əsas səbəbi isə xristianlıq faktorundan bacarıqla istifadə etmələridir. Reallıqda erməni Qriqoryan xristianlığı dini sektaya bənzəyir. Sektantların öz maraqlarını irəlilətmək macərası ermənilərə də məxsusdur".

Mərkəzin direktoru hesab edir ki, virtual Ermənistanın prezidenti Sərkisyanın Çin Xalq Respublikasına səfəri zamanı imzalanan sənədlərdə "soyqırım" mövzusu yoxdur. Amma iki ölkə rəhbərliyinin imzaladığı sənəddə ərazi bütövlüyü kontekstindən Dağlıq Qarabağ məsələsi var.

O, həmçinin qeyd edib ki, dünyada "erməni soyqırımı"nı tanıyan dövlətlərin sayında heç bir artım yoxdur: "Yalnız Boliviya "Erməni soyqırımı"nı tanımaqla bağlı qərar qəbul edib. Bəlkə bu da şübhəlidir. İspaniyanın Valensiya vilayətinin Bereta şəhərinin "erməni soyqırımı"nı tanımaqla bağlı qərarı Ermənistanda geosiyasi parametr kimi qəbul edildi. "Erməni soyqırımı"nı tanımaqla bağlı Ermənistanın müraciətini rədd edən dövlətlərin sayı isə çoxalır. Eləcə də "erməni soyqırımı"nda iştirak etməyəcəklərini bəyan edən dövlətlərin də sayında artım var".

M.Əhmədoğlu bildirib ki, "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı Ermənistanın aktivliyi müəyyən dəyişikliklər yaradıb: "Əvvəla, rəsmi Yerevan soyqırım faciəsinə şou və şadyanalıq elementləri qatmaqla dövlətlərin iştirakına nail olmaq istəyir. "Karfur" ticarət şəbəkəsinin yenidən açılışı F.Ollandın səfəri zamanına planlaşdırılır. İtaliya nümayəndə heyətinin iştirakına nail olmaq üçün bir sıra obyektlərin açılışı nəzərdə tutulur. "Erməni soyqırımı"nın 100 illiyinin şouya çevrilməsində məşhur erməni fahişəsi Kim Kardaşyanın iştirakı ilə bağlı məlumatlar da təsirli rol oynadı".

Politoloqun sözlərinə görə, Sərkisyan indi başa düşür ki, Türkiyə ilə düşmənçilik şəraitində o, "erməni soyqırımı"nın 100 illiyini lazımi səviyyədə keçirə bilməyəcək: "Sərkisyan "erməni soyqırımı"nı Türkiyə ilə birlikdə qeyd etməyə hazır olduqları bəyanatını verdi. Bu, onun manevri olsa da, erməni xalqının heysiyyətini təhqir edən manevrdir".

Onun fikrincə, "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı rəsmi Yerevanın aktivliyi daha bir hadisəni üzə çıxarıb: "Ermənistan rəhbərliyi dünyanın hansı dövlətində "soyqırım"la bağlı tədbir keçirdisə həmin tədbirdə Dağlıq Qarabağ tənzimlənməsi mövzusu "erməni soyqırımı" mövzusundan daha aktual oldu. "Erməni soyqırımı"nı təbliğ etməyə gedənlər daha çox Qarabağla əlaqəli suallara cavab verməli oldular. "Erməni soyqırımı"nın 100-cü ilində dünya üçün Qağlıq Qarabağ tənzimləməsi "erməni soyqırımı"ndan daha aktualdır. Bu fenomenin Azərbaycanın apardığı siyasətin nəticəsi, yoxsa ermənilərə olan münasibətin göstəricisi olmasını ermənilər özləri müəyyənləşdirsinlər.

Amma ən maraqlı, paradoksal hadisə isə Çexiyada baş verdi. Ermənistan parlamentinin nümayəndə heyəti Praqanın Karlovı universitetində "soyqırım"la bağlı məruzəni edən kimi zalı tərk etdilər. Çünki zalda Türkiyə diplomatları və Çexiyadan bəzi ekspertlər oturmuşdular. Zalın müzakirə açmasının, verilən sualların qorxusundan Ermənistan parlamentinin vitse- spikeri, hakim Respublika Partiyasının mətbuat xidmətinin rəhbəri E.Şarmazanov bütün nümayəndə heyətinə zaldan qaçmaq göstərişini Verdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti