Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Türkiyə hərbçilərinin də olmaları, Azərbaycan əsgərləri ilə birgə döyüşmələri barədə Ermənistan tərəfindən yayılan məlumatlar tamamilə yalan və iftiradır. Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib.
Səfir qeyd edib ki, Ermənistan tərəfindən yayılan bu məlumatlar heç bir fakta əsaslanmır və məntiqə sığmır: "Ermənistan belə şayiələri yaymaqla diqqəti başqa tərəfə yönəltmək istəyir".
Səfir: Təmas xəttində Türkiyə hərbçilərinin olması məlumatları yalan və iftiradır
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Türkiyə hərbçilərinin də olması, Azərbaycan əsgərləri ilə birgə döyüşməsi barədə Ermənistan tərəfindən yayılan məlumatlar tamamilə yalan və iftiradır.