...

Erik Rubin: Yerevan və Bakı sülh yolu ilə münaqişə həll etmə tərəfdarı olduğunu sübut etməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2015 11:25 (UTC +04:00)
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələsində tərəfdar olduğunu sübut etməlidir.
Erik Rubin: Yerevan və Bakı sülh yolu ilə münaqişə həll etmə tərəfdarı olduğunu sübut etməlidir

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələsində tərəfdar olduğunu sübut etməlidir. Trend-in erməni mətbuatına istinadən verdiyi məlumata əsasən, bunu ABŞ Dövlət katibinin Şərqi Avropa, Qafqaz və Regional Münaqişələr üzrə köməkçisinin müavini Erik Rubin Brukinqs İnstitutunda çıxışı zamanı deyib.

E.Rubin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həll edilməsi məsələsinə alternativ yoxdur: "Biz problemə məsələnin ədalətli, uzunmüddətli, qarşılıqlı xeyir və sülh yolu ilə həll edilməsi mövqeyindən baxırıq. Hamı bu məsələyə məhz bu mövqedən baxmalıdır. Çünki problemin başqa yaxşı həll yolu yoxdur. Qalan bütün alternativ yollar o qədər dəhşətlidir ki, onları nəzərdən keçirməyə belə dəyməz".

Diplomat qeyd edib ki, bu asan olmasa da, ABŞ münaqişənin sülh yolu ilə həll edilməsi məsələsində tərəflərin tərəfdar olduğunu sübut edəcəyinə ümid edir: "Ümid edirik ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələsində tərəfdar olduğunu sübut edəcək. Bu asan deyil. Münaqişənin həll edilməsi üçün tərəflər bir sıra məsələlərlə bağlı çətin seçim etməlidir, məhz bu səbəbdən problemin nizamlanması ilə bağlı razılıq hələ əldə olunmayıb".

E.Rubin bildirib ki, ABŞ ATƏT-in Minsk Qrupunun digər iki həmsədr ölkəsi, Rusiya və Fransa ilə birgə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün hər cür yardım edəcək: "Münaqişənin kəskinləşməsinin qarşısının alınması məsələsində həmsədr ölkələrin səyləri xüsusi əhəmiyyətlidir. Bu gərgin və təhlükəli bir vaxtda insidentlərdən yayınmaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti