...

Britaniya səfiri Ermənistanın AŞ PA məruzəçisinin səfərinə qadağa qoymasından danışdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2015 17:31 (UTC +04:00)
Cənubi Qafqazdakı münaqişələrə cəlb edilmiş cəmiyyətlərlə təmasların beynəlxalq institutlar tərəfindən dəstəklənməsi bütün tərəflərin marağındadır.
Britaniya səfiri Ermənistanın AŞ PA məruzəçisinin səfərinə qadağa qoymasından danışdı

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Ermənistan tərəfindən AŞ PA-nın Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması məsələsi üzrə məruzəçisi Robert Valterin (Böyük Britaniya) Azərbaycanın separatçı regionuna səfərinə qadağan qoyulmasına görə təəssüfünü bildirib.

Səfir Trend-ə deyib ki, Cənubi Qafqazdakı münaqişələrə cəlb edilmiş cəmiyyətlərlə təmasların beynəlxalq institutlar tərəfindən dəstəklənməsi bütün tərəflərin marağındadır.

Onun sözlərinə görə, münaqişənin dinc yolla uzunmüddətli həllinin tapılması yalnız bütün icmalarla birbaşa təmasların olması halında mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti