Bakı.Trend:
Erməni silahlı birləşmələri aprelin 27-dən 28-ə keçən gecə Ağcabədi rayonunun yaşayış məntəqələrini də güclü artilleriya atəşinə tutub. Rayonunun cəbhəyanı kəndlərinə 100-ə yaxın mərmi atılıb.
Trend-in AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə müsahibəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib.
Ş.Məmmədov qeyd edib ki, təkcə Qaraxanlı kəndinə 50 mərmi düşüb. Kənddəki evlərdən biri tamamilə yanıb, 2 evin dam örtüyünə, 19 evə, yardımçı binalara, orta məktəbin binasına ziyan dəyib.