...

Deputat: "Prezidentlərin Sankt-Peterburq görüşü münaqişənin həlli üçün irəliyə doğru bir addımdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2016 18:59
"Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşünü Dağlıq Qarabağ münaqişəsinin həlli üçün irəliyə doğru bir addım hesab edirəm".
Deputat: "Prezidentlərin Sankt-Peterburq görüşü münaqişənin həlli üçün irəliyə doğru bir addımdır"

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşünü Dağlıq Qarabağ münaqişəsinin həlli üçün irəliyə doğru bir addım hesab edirəm".

Bunu Trend-ə Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, hər bir görüşün münaqişənin həllinə hətta cüzi də olsa, töhfəsi olur: "Bu görüşlər də Qarabağın işğaldan azad edilməsinə bir töhfədir. Danışıqlar olmasa, münaqişənin həlli mümkün deyil. Münaqişənin həllinin iki variantı var: münaqişə ya hərb, ya da danışıqlar yolu ilə həll edilməlidir. Biz aprel döyüşlərində həm gücümüzü nümayiş etdirdik, həm də göstərdik ki, Azərbaycan xalqının bundan sonra 25 il də gözləmək niyyəti yoxdur. Ona görə də hər zaman destruktiv mövqedə olan Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması üçün danışıqlar masasına cəlb olundu. Bu gün Ermənistanda böyük təşviş var, çünki Azərbaycan Ordusunun gücünü gördülər”.

M.İbrahimqızı bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşü ilə bağlı mətbuatda detallı məlumat yoxdur: "Ancaq münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli yol da odur ki, ilk növbədə, Dağlıq Qarabağ ətrafında olan 5 rayon azad edilməlidir, daha sonra da Dağlıq Qarabağın statusu məsələsi müzakirə edilməlidir. Hesab etmirəm ki, bu görüşdə problem tam həll olundu, amma istənilən halda bu görüşü münaqişənin həll olunması üçün irəliyə doğru bir addım hesab etmək olar”.

Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə beynəlxalq hüquq səviyyəsində qəbul olunmuş qətnamələr, qərarlar çərçivəsində baxılmalıdır: "Ermənistan işğalçıdır və bütün sənədlərdə də Ermənistan silahlılarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması göstərilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti