...

XİN: Ermənistanın təmas xəttində hərbi təlimlər keçirməsi sülh prosesinə böyük zərbədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2016 14:15 (UTC +04:00)
Ermənistanın təmas xəttində hərbi təlimlər keçirməsi sülh prosesinə böyük zərbədir.
XİN: Ermənistanın təmas xəttində hərbi təlimlər keçirməsi sülh prosesinə böyük zərbədir

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanın təmas xəttində hərbi təlimlər keçirməsi sülh prosesinə böyük zərbədir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib.

Nazir bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinə məlumat verdiyini bildirib:

“Bu baxımdan həmsədrlərə də bu barədə tam şəkildə məlumat vermişəm ki, onlar da Ermənistan tərəfi ilə əlaqə saxlasınlar, belə təxribata yol vermisinlər. Əgər biz sülhdən danışırıqsa, deyiriksə, erməni qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdır, o zaman onların Ağdamda təlim keçirməsi təxribatdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti