Bakı. Trend:
Düşmənin növbəti təxribatının qarşısı alınıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 12-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat törətmək cəhdinin qarşısı alınıb.
Düşməni izləyən bölmələrimiz tərəfindən diversiya qrupu əvvəlcədən müəyyən edilərək atəşlə məhv edilib.
Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə xəttində əməliyyat şəraitinə nəzarət edir.