Xocalı soyqırımı ilə bağlı Romada “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” tamaşa nümayiş etdirilib (FOTO)

Xocalı soyqırımı ilə bağlı Romada “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” tamaşa nümayiş etdirilib (FOTO)

Bakı. Trend:

Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Romada “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa nümayiş etdirilib.

Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Azərbaycanın İtaliyadakı səfirliyi və “Espressione d'Arte” Assosiasiyasının birgə təşkilatçılığı ilə Romanın tarixi “Palazzo Brancaccio” sarayında Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın ideya müəllifi olduğu “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr əsasında “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa nümayiş etdirilib.

İtaliya ictimaiyyətinin böyük marağına səbəb olmuş tədbirə İtaliyanın dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, İtaliyada akkreditə olunan diplomatik korpusun təmsilçiləri, ölkənin mədəniyyət, elm, akademik dairələrinin tanınmış şəxsləri, jurnalistlər də daxil olmaqla 250-dən çox tamaşaçı qatılıb. İlk öncə tədbir üçün hazırlanmış “Qarabağın səsi” adlı video-çarx təqdim edilib. Tanınmış xanəndə Tacir Şahmalıoğlunun ifasında “Bayatı-şiraz” muğamının sədaları altında Qarabağın Azərbaycanın tarixi-əzəli torpağı olmasını, habelə Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın viran qalmasını göstərən kadrlar nümayiş etdirilib.

Sonra çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Xocalı soyqırımını Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyin kulminasiyası adlandırıb. Xocalıda törədilənlərin insanlıq əleyhinə cinayət olduğunu bildirən diplomat cəzasızlığın yeni cinayətlərə yol açdığını, bu səbəbdən beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş verənlərə lazımi siyasi-hüquqi qiymət verilməsinin vacibliyini bildirib. Bunun üçün ilk öncə Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə daha geniş məlumatlandırmanın aparılmasının önəmini vurğulayıb, bu xüsusda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı İtaliyanın müxtəlif şəhərlərində ictimai tədbirlərin keçirildiyini deyib.

Ardınca “10 hekayə, bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa nümayiş etdirilib. Beynəlxalq səviyyədə tanınmış violonçelist Pierluici Ruccieronun (Pierluigi Ruggiero) bədii tərtibatçılığı əsasında hazırlanmış tamaşa “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr və İtaliyanın müxtəlif orkestrlərinin direktoru olmuş, pianoçu Culiano Di Cüzeppenin (Giuliano Di Giuseppe) məhz bu tamaşa üçün hazırladığı musiqi parçaları əsasında qurulub. Hekayələri “Teatro Stabile di Innovazione di L’Aquila”nın aktyorları Alessia Çentofanti və Raffaello Mastrorilli səsləndirib, musiqi parçalarını isə Pierluici Rucciero, Culiano Di Cüzeppe, skripkaçı Zoltan Banfalvi, gitaraçı Luka Trabukkinin (Luca Trabucchi) ifa ediblər. Tamaşanın səhnə tərtibatı üçün aidiyyəti kitabdakı rəsmlər, "Xocalı uşaqların gözü ilə" mövzusunda yeniyetmə rəssamların çəkdiyi şəkillər, dünyada Xocalı soyqırımı abidələri, soyqırımın beynəlxalq səviyyədə tanınmasını əks etdirən kadrlar, habelə Xocalı soyqırımı ilə bağlı ölkəmizdə təşkil olunan rəsmi tədbirlərin fotolarından istifadə edilib. Tamaşa tədbir iştirakçılarının hərarətli alqışlarına səbəb olub.

Ardınca İtaliya parlamentində Azərbaycanla dostluq qrupunun sədri, senator Sercio Divina çıxış edərək ermənipərəst çevrələrin Xocalıda baş vermiş qətliam barədə həqiqətlərin yayılmasına mane olduqlarını, bu kimi tədbirlərin keçirilməsinin Xocalı həqiqətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırlılmasındakı əhəmiyyətini vurğulayıb. Xocalı qətliamının Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının tərkib hissəsi olması, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən münaqişə barədə qəbul edilmiş sənədlərin uzun illər keçsə də yerinə yetirilməməsinin qəbuledilməz olduğunu bildirib, Azərbaycanın hər sahədə, o cümlədən hərbi sahədə Ermənistandan qat-qat güclü olması və öz torpaqlarını qısa müddət ərzində işğaldan azad etmək iqtidarında olması və buna da tam şəkildə haqlı olduğu bir şəraitdə münaqişənin sülh yolu ilə nizamlanmasına üstünlük verməsinin yüksək qiymətləndirilməli olduğunu deyibr. Bunun üçün italiyalı senator bütün dünya ictimaiyyətinin münaiqşənin həlli üçün Ermənistana ciddi şəkildə təzyiq etməsinin vacibliyini bildirib.

Ardınca çıxış edən İtaliya İnsan Haqları Liqasının sədri Antonio Stango mövzuya beynəlxalq hüquq nöqteyi-nəzərdən yanaşıb, Xocalı soyqırımı mövzusu ilə bir müddətdir məşğul olduğunu, bu mövzuda ötən illərdə bir sıra tədbirlər təşkil etdiyini, məsələyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin vacibliyini deyib. Münaqişə haqqında danışan A.Stango Azərbaycanın Dağlıq Qarabağ regionu ilə yanaşı, digər 7 ətraf rayonlarının da Ermənistan tərəfindən işğal edildiyini, işğala son qoymaq üçün beynəlxalq ictimaiyyətin qəti mövqeyinin əhəmiyyətini vurğulayıb, İtaliyanın artıq bu ildən ATƏT sədrliyinin troykasına daxil olduğunu, gələn il isə ATƏT-ə sədrlik edəcəyini və bunun münaqişənin nizamlanmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Sonda səfir M.Əhmədzadə musiqiçilərə və aktyorlara, bu tamaşanın ərsəyə gəlməsində əməyi olan bütün heyətə, eləcə də natiqlərə, eyni zamanda bütün tədbir iştirakçılarına təşəkkür edib. Xocalı soyqırının yaddaşlarda həkk olunmasının vacibliyini vurğulayan diplomat bunun üçün “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini qeyd edib. M.Əhmədzadə beynəlxalq ictimaiyyətin bu məsələyə dair qəti mövqeyinin Ermənistanın Xocalı soqyırımı ilə bağlı öz inkarçı mövqeyindən və Azərbaycana qarşı hərbi işğaldan əl çəkməsi üçün önəmli olduğunu deyib, Azərbaycanın heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacağını və öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanlardan istifadə edəcəyini bildirib. Tədbir İtaliya KİV-lərinin, o cümlədən müxtəlif televiziya kanallarının diqqət mərkəzində olub.

Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Loading Bars
Xəbər lenti
ETSN "Azərsu”yu dənizi çirkləndirdiyi üçün məhkəməyə verib
BTQ Gürcüstan və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verir - Baş direktor (FOTO)
Azərbaycanda koronavirusdan sağalma və ölüm faizi açıqlanıb
“Kimya və Kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb (FOTO)
Pilot Rəşad Atakişiyevə şəhid statusu verilib
Universitetdə struktur dəyişikliyi edilib
Mənşəyi məlum olmayan 200 kq heyvan cəmdəyi aşkarlanıb (FOTO)
Kanada XİN Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır
“AccessBank”da yeni təyinat olub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan Gimnastika Federasiyası növbəti dəfə bizi qüsursuz təşkilatçılığı ilə təəccübləndirə bildi - Misir gimnastı
Agentlik qazilərin protezlə təminatında problemin olması ilə bağlı məlumatlara münasibət bildirib
Heydər Əliyev Liderliyinin qalibiyyət və zəfər rəmzi!
Azərbaycanda Hindistan ştammına rast gəlinməyib - TƏBİB
Hökməli bələdiyyəsinin işçisi cəzalandırıldı (FOTO)
İtkin düşən kapitanın şəhid olduğu müəyyənləşdi
“Petkim” istehsal gücünü 92%-ə çatdırıb
Qırğızıstanda damba uçuldu - Mindən çox sakin təxliyə olundu
Ağdaşda sexdə fəhlənin qolu dəzgaha düşüb qopdu
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib - SƏRƏNCAM
Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq (ƏLAVƏ OLUNUB)
Fevralda yoluxma sayının azalması tibb işçilərinin əməkhaqqına təsir edib - Agentlik
Bayram namazı kütləvi şəkildə qılınmayacaq - Hacı Şahin Həsənli
Qoşqarçayda naməlum qadın meyiti tapılıb
Ötən gün ölkədə 19 yanğın olub, 3 nəfər xilas edilib
Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq hüquqda müharibə cinayəti kimi tanınmalıdır - Hüquq elmləri doktoru
Xalq artisti Arif Quliyevlə vida mərasimi keçirilir (FOTO/VİDEO)
Hadrut qəsəbəsi fasiləsiz içməli su ilə təmin olunub
Şuşaya yeni su kəmərinin tikintisinə başlanılıb
Küçədə daha 3 koronavirus xəstəsi aşkarlandı
Bakıda yeni avtobus dayanacaqları və nizamlanan piyada keçidi yaradılıb (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
13 min manatlıq kabel oğurlayan şəxslər saxlanıldı (FOTO)
Qadın sahibkarlar üçün biznes təlimləri keçirilib (VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun birinci günü başlayıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Qarşıdakı aylarda toylarla bağlı müəyyən standartlar formalaşacaq - Rəşad Mahmudov
Daha 3 qazimiz əməliyyat olundu (FOTO)
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub (FOTO/VİDEO)
Bakıda kütləvi davada qətl törədən dəstənin istintaqı başa çatdı
Keçmiş nazir müavininin cinayət işi məhkəməyə göndərildi
Ucarda mikroavtobusla evakuator toqquşub
Bu ölkələrdə koronavirusa yoluxdurmağa görə külli miqdarda cərimə kəsiləcək
Azərbaycanın Ro-Pax tipli gəmi-bərəsi ilk səfərinə çıxıb (FOTO)
Bakıda binadan başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı
Mayın 7-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda koronavirusa daha 2 840 nəfər yoluxub
Dünya avtomobil şirkətləri bu ilin ilk yarısında istehsalı 2 milyon azaldacaq
Çexiya Aİ ölkələrindən aşılanan turistlər üçün sərhədləri açır
Fələstin-İsrail münaqişəsində vəziyyət nəzarətdən çıxa bilər - BMT-nin xüsusi koordinatoru
Rio-de-Janeyroda "Braziliya" ştammının yeni mutasiyası aşkarlanıb
ABŞ hərbi komandanlığı qüvvələrinin Əfqanıstandan sentyabra qədər çıxarılmasına əmindir
Braziliyanın paytaxtında silahlı toqquşma: ən azı 25 ölü
Qətərin korrupsiyada ittiham edilən maliyyə naziri işdən azad edilib
Kolumbiya mətbuatı Qarabağda Ermənistanın apardığı kütləvi minalama haqda yazıb
Türkiyədə son sutkada koronavirusdan 37 298 nəfər sağalıb
ABŞ-ın Çin raketini vurmaq planı olmayıb - Pentaqon
Xalq artisti Arif Quliyev vəfat edib
Dünyada ötən sutka koronavirusa 847 mindən çox yoluxma qeydə alınıb - ÜST
Ceyhun Bayramov “TRACECA”nın Baş katibi Aset Asavbayev ilə görüşüb (FOTO)
Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik - Türkiyə MN
Sabiq Maldiv prezidenti partlayış nəticəsində yaralanıb
Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın bölmə iclası keçirilib (FOTO)
Rusiya ilə ABŞ arasındakı münasibətlərin formatı barədə Putin qərar verəcək - ABŞ Dövlət katibi
Türkiyənin İraqdakı baş kosulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib
MDU-da “Sığorta biliklərinin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib
İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir - Samir Nuriyev (FOTO)
Qida əlavələrinin sənayedə istifadəsi
Azərbaycan İlahiyyat İnstitutu dekanının elmi məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Heydər Əliyevin siyasi fəaliyyəti hər zaman milli ideallara bağlı olub -Tamam Cəfərova
Energetika Nazirliyi və Masdar şirkəti hidrogen istehsalı üzrə birgə seminar keçirib (FOTO)
Mingəçevir Dövlət Universitetində tələbə və magistrantlara smart tələbə kartları təqdim olunub (FOTO)
Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri (FOTO)
ATƏT-in hazırkı sədri Azərbaycanın 3 ermənini azad etməsini alqışlayıb
UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib (FOTO)
DGK bayram günləri gündəlik iş rejimində fəaliyyət göstərəcək
Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB
Qətərin maliyyə naziri həbs olunub
Yeni Galaxy A seriyası ilə enerji topla və # tükənməzenerji rəqs çellencində iştirak et
Mayın 7-nə USD/AZN rəsmi məzənnəsi
Bakıda bu yol müvəqqəti bağlanır
Baş Prokurorluğun xəbərdarlıq etdiyi Xalidə Bayramova vəzifəsindən azad olundu
ÜGT-nin sessiyalarının gündəliyində duran məsələlər müzakirə edilib (FOTO)
Yerevan üçtərəfli bəyanatın icrası ilə bağlı bütün səyləri göstərməyə hazırdır - Paşinyan
Azərbaycan Veteranlar Təşkilatından Sergey Lavrova müraciət: Xocavənddə faşist Njdeyə aid heykəlin sökülməsi vacibdir
21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Ombudsman beynəlxalq təşkilatlara müraciət edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verib
"Real Madrid" Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib
"Baku Book Center"də “Bir ömür belə keçdi” kitabının təqdimatı keçirilib (FOTO)
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib (FOTO)
Əsl simalarını dünyaya göstərsək, onlara təsir edəcəklər - Deputat
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Paşinyan parlament seçkiləri üçün blok yaratmayacaq
Azərbaycanda 2 057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub
Bu il Azərbaycanda qeyri-neft ixracı artıb - Nazir
Koçaryan Paşinyanı məhkəməyə verdi - Ondan 4 min dollar istəyir
Qusarda qar daha çox bu ərazilərə yağıb
16 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib
Hazırda 1200-dən çox şəxs daimi dövlət himayəsində yaşayır - Nazir
Bütün xəbərlər