Bakı. Elmira Tariverdiyeva - Trend:
Daha əvvəl əldə olunmuş razılaşmalara əsasən aprelin 28-i Moskvada Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
Onun sözlərinə görə, danışıqlar zamanı görüşə ATƏT Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik qatılacaq.
M.Zaxarova qeyd edib ki, görüş zamanı problemli aspektlər üzrə tərəflərin mövqelərinin müəyyənləşdirilməsi və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ilə bağlı növbəti addımların müzakirə olunması nəzərdə tutulur.