...

ISESCO-nun baş direktoru: Dünya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli və qətiyyətli olmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2018 13:43 (UTC +04:00)
Dünya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli, səmimni və qətiyyətli olmalıdır
ISESCO-nun baş direktoru: Dünya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli və qətiyyətli olmalıdır

Bakı. Rəşid Şirinov - Trend:

Dünya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli, səmimi və qətiyyətli olmalıdır.

Trend-in məlumatına görə, bunu “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu zamanı ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib.

O bildirib ki, özgə torpaqlar işğal olunduğu müddətdə sülh və təhlükəsizliyə nail olmaq mümkün deyil: “Bu, beynəlxalq hüquqa, dini təlimlərə, etika və mənəviyyata ziddir”.

Əl-Tuveycri əlavə edib ki, problemin həlli üçün beynəlxalq hüququ tətbiq etmək lazımdır:

“Dünya indi problemlərlə doludur – Fələstin, Dağlıq Qarabağ, Cammu və Kəşmir, Myanma. Çoxlu sayda insan əziyyət çəkir, amma dünya ictimaiyyəti sadəcə bunu müşahidə edir və bir qədər kömək göstərir”.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti