...

Pompeo: ABŞ Ermənistan və Azərbaycanı Qarabağda atəşkəsə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2020 02:08 (UTC +04:00)

Bakı. Trend:

ABŞ tərəfi Ermənistan və Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı onları Dağlıq Qarabağdakı hərbi əməliyyatları dayandırmağa çağırıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu "Fox News" telekanalına müsahibəsi zamanı ABŞ dövlət katibi Mayk Pompeo deyib.

M.Pompeo bildirib: "Biz atəşkəs çağırışı edirik. Hər iki ölkənin rəhbərliyi ilə danışdıq və bunu etmələrini istədik".

ABŞ dövlət katibi Yerevan və Bakının "yaxın günlərdə münaqişənin zorakılıqla həll edilə bilməyəcəyini anlayacaqlarına ümid etdiyini deyib.

Dağlıq Qarabağda baş verənlərlə bağlı M.Pompeo vurğulayıb ki, ABŞ bunun beynəlmiləlləşməsini dəstəkləmir. Onun sözlərinə görə, üçüncü tərəflərin müdaxiləsi vəziyyəti daha da gərginləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti