...

Deputat Sevil Mikayılova Türkiyənin "A News" telekanalına müsahibə verib (VİDEO/FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2020 18:13 (UTC +04:00)
Deputat Sevil Mikayılova Türkiyənin "A News" telekanalına müsahibə verib (VİDEO/FOTO)

Bakı. Trend:

Ermənistan beynəlxalq hüquqa tabe olmalı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri icra etməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova “A News Türk” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, 30 ilə yaxındır ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır:

“Biz Ermənistandan beynəlxalq hüquqa tabe olmağı, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyi və qoşunları işğal olunmuş ərazilərdən çıxarmağı tələb edirik”.

Danışıqların bərpası perspektivləri barədə danışan deputat qeyd edib ki, sülh prosesi üçün həmişə imkan var, amma Ermənistanın indiki hakimiyyəti sülhə hazır deyil:

“Ermənistanın təxribatçı bəyanatları və əməlləri açıq göstərir ki, onlar sülhsevər ölkə deyil. Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmalı və danışıqlar masasına qayıtmalıdır. O zaman biz sülhdən danışa bilərik. Mən beynəlxalq ictimaiyyəti bu məsələdə beynəlxalq hüququn aliliyini təmin etməyə çağırıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti