Tərtər. Samir Əli - Trend:
Ermənistan silahlı qüvvələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.
Trend-in cəbhə bölgəsində olan müxbirinin verdiyi məlumata görə, mərmilərdən biri rayonun Ələsgərli kənd sakini Niyaz Səlimovun evinə düşüb.
Nəticədə ev dağılıb, ev sahibi isə ağır xəsarət alıb.