...

Ermənilərin özünüifşası: itkin düşmüş hərbi qulluqçu tapılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Mart 2023 12:08 (UTC +04:00)
Ermənilərin özünüifşası: itkin düşmüş hərbi qulluqçu tapılıb

Bakı. Trend:

Ermənistanın Müdafiə Nazirliyi dünən guya "Azərbaycan tərəfindən əsir götürülmüş" (ermənilərin məlumatına görə) hərbi qulluqçu haqqında bu gün məlumat yayıb.

"Martın 21-də döyüş mövqeyinə avtomobillə qida məhsulları daşıyarkən yolunu azmış hərbi qulluqçu axtarış-xilasetmə işləri nəticəsində martın 22-də tapılıb. Hərbi qulluqçunun həyatı üçün heç bir təhlükə yoxdur", - nazirliyin məlumatında deyilir.

Xatırladaq ki, ötən gün Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfin martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun guya "yolunu azaraq nəqliyyat vasitəsində Azərbaycan ordusunun bölmələrinin mövqeyinə yaxınlaşaraq əsir götürüldüyünə" dair məlumatı təkzib etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti