Bakı. Trend:
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
"Avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub", - deyə məlumatda qeyd olunub.