...

ƏLİ HƏSƏNOV: HÖKUMƏTDƏ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN PROBLEMLƏRİ ÜZRƏ İCLASDA QALDIRILMIŞ MƏSƏLƏLƏR HƏLL EDİLİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2005 14:20 (UTC +04:00)

Azərbaycan hökumətində bu yaxınlarda ölkə prezidenti yanında keçirilən qaçqınların və məcburi köçkünlərin sosial həyatını yaxşılaşdırmasına həsr olunmuş müşavirədə qaldırılmış problemlərin həllinə başlanılıb. Trend agentliyinin məlumatına görə , bu barədə iyunun 24-də "Yeni Azərbaycan" mənzil qərargahında keçirdiyi mətbuat konfransında baş nazirin müavini, Qaçqınlar və məcburi köçkünlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib.

Onun sözlərinə görə,ölkənin baş nazirinin iştirakı ilə keçirilən iclasda müşavirədəqaldırılmış problemlərin həlli imkanları nəzərdən keçirilib. Eləcə də,Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa rayonlarındakı qaçqın və məcburi köçkünlərə taxıl yığımı üçün 10 kombaynın verilməsi məsələsi həll olunub.

Hökumətdəhəmçinin 3,6 km uzunluğu olan Yuxarı Mil kanalının bərpası, eləcə də məcburi köçkünlərin müvəqqəti yaşadıqları Laçın rayonu ərazsindəki qışotlaqlarının su ilə təmin olunması məsələlərinə də baxılıb. Dövlət Komitəsinin sədrinin sözlərinə görə,bu məqsədlər üçün 7 milyard manat vəsait tələb olunur.

Prezidentin yanında keçirilmiş müşavirədə qaldırılan mühüm məsələlərdən biri dəBakıda və Sumqayıtda qaçqın və məcburi köçkünlərin yaşadıqlarıyataqxanaların təmir olunmasıdır. Bu mərhələdə56-sı Bakıda və 21-i Sumqayıtda olmaqla 77 yataqxananın təmir olunması nəzərdə tutulub. Ə.Həsənovun sözlərinə görə,20 milyard manata yaxın vəsaitin tələb olunduğu bu layihə üçün artıq maliyyə mənbəyi tapılıb və bu barədə prezidentə məlumat veriləcək.

Ə.Həsənov jurnalistlərə bildirib ki, bu kateqoriyadan olan şəxslərin hüquqlarının müdafiəsi məsələsi Ali Məhkəmənin sədri Ramiz Rzayevlə ayrıca müzakirə olunub. Bu şəxslərin hüquqları əsasən onların 1992-98-ci illərdə yerləşdirildikləri mənzillərdən və evlərdən çıxarılması ilə bağlıdırBəzi şəhər və rayon məhkəmələri onların həqiqətən də fərdi şəxslərə aid olan mənzillərdən çıxarılması barədə qərarlar çıxarırlar. Ə.Həsənovun sözlərinə görə, R.Rzayev məhkəmələrin rəhbərlərinə müvafiq sərəncam verib.

Xəbər lenti

Xəbər lenti