...

ATƏŞKƏSİN POZULMASI NƏTİCƏSİNDƏ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ ORDUSUNUN GİZİRİ HƏLAK OLUB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2005 13:46 (UTC +04:00)

Sentyabrın 7-də Ermənistan Silahlı Qüvvələri yenidən atəşkəsi pozub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saat 12.00 radələrində düşmən tərəfindən Tərtər rayonunun Borsunlu kəndindəki mövqelərimizin avtomat və pulemyotlardan atəşə tutulması nəticəsində Milli Ordunun bir əsgəri yaralanıb. Gizir Əliyev Polad Nurələn oğlu hərbi hospitala götürülsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Mətbuat xidmətindən onu da bildiriblər ki, Əliyev Polad Nurələn oğlu 2004-cü ildə Ağcəbədi rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıbmış. Bu gün onun cənazəsi dəfn olunmaq üçün ailəsinə verilib.

Xəbər lenti

Xəbər lenti