...

AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRLİYİ ATƏT-İN CƏBHƏ XƏTTİNDƏ MONİTORİNQ KEÇİRMƏSİNİ TƏKZİB EDİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Sentyabr 2005 17:08 (UTC +04:00)

Sentyabrın 20-də cəbhə xəttində monitorinq keçirilməyib. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov bildirib.

R.Məlikovun sözlərinə görə, Rusiyanın "REGNUM" agentliyinin ATƏT-in xüsusi nümayəndəsi Anjey Kaspşikin sədrliyi ilə monitorinq keçirilməsi və bu zaman azərbaycanlılar tərəfindən atəşkəsin pozulması barədə yaydığı məlumat qərəzli və həqiqətə uyğun deyil.

"Əgər belə bir monitorinq keçirilsəydi orada mütləq Azərbaycan tərəfinin də müşahidəçisi olardı. Bu cür məlumatlar yaymaq duşmənlərimizin növbəti təxribatıdır. Bu gün cəbhə xəttində keçirilmiş hər hansı montiorinqlə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyində məlumat yoxdur" - deyə mətbuat xidmətinin rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti