...

Monitorinq zamanı insident qeydə alınmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2006 13:27 (UTC +04:00)

Martın 10-da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq zamanı insident qeydə alınmayıb. Bu barədə Trend ə respublika Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonunun Borsunlu kəndi yaxınlığında, qoşunların təmas xəttində keçirilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Harri Eronen və Piter Ki keçirib. Təmas xəttinin qarşı tərəfində isə monitorinqdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və İmre Palatinus iştirak edib.

Xəbər lenti

Xəbər lenti