...

Ermənistanın baş naziri İrəvanın Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə sadiqliyini təsdiqləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2006 13:13 (UTC +04:00)

Ermənistanın baş naziri Andranik Marqaryan İrəvanın Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə sadiqliyini təsdiqləyib. "Biz münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarı olaraq qalırıq", - deyə o, bu gün sədri olduğu Ermənistan Respublika Partiyasının növbədənkənar X qurultayında çıxışında bəyan edib.

Foruma toplaşmış 770 nümayəndə partiyanın proqramı və nizamnaməsindəki dəyişiklikləri müzakirə edir.

Bu yaxınlarda ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupu həmsədrlərinin irəli sürdüyü təkliflər paketi Ermənistan qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını və regiona sülhməramlı qüvvələrin daxil edilməsini nəzərdə tutur", - deyə erməni baş nazir qeyd edib.

O, Mink Qrupu həmsədrlərinin səylərini alqışlayıb. Nazir ümid edir ki, onların fəaliyyəti Qarabağ münaqişəsinin nizamlanmasına müsbət təsir göstərəcək. Bu barədə İTAR-TASS xəbər verir.

Xəbər lenti

Xəbər lenti