...

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri avqustun 1-də Bakıya gələcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyul 2006 14:52 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza avqustun 1-də Bakıya gələcək. Bu barədə Trend ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən bildiriblər.

Səfər çərçivəsində Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlərin olacağı gözlənilir. Həmçinin yekun mətbuat konfransının keçirilməsi planlaşdırılıb. Səfər avqustun 2-də başa çatacaq.

Bakıya səfər etməzdən əvvəl M.Brayza Xankəndi və Yerevana getməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti