...

Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərcikləri daha tez ləğv oluna bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyul 2006 15:17 (UTC +04:00)

Azərbaycanda qaçqın və məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərcikləri 2007-ci ilin sonunadək deyil, daha tez ləğv oluna bilər. Bu barədə jurnalistlərə Azərbaycan hökuməti baş nazirinin müavini, qaçqın və məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib.

Onun sözlərinə görə, dövlət başçısının sərəncamına əsasən, qaçqın və məcburi köçkünlər gələn ilin sonunadək yeni qəsəbələrə köçürülməlidir. Dövlət Komitəsi bu proqramın gələn ilin ortalarınadək başa çatması üçün səy göstərir.

İlin sonunadək 4 - Bərdədə 3, Ağcabədidə 1 çadır şəhərciyinin ləğvi planlaşdırılır. Daha 3 şəhərcik (2- Saatlı, 1-Sabirabad) gələn il ləğv olunacaq. Qəsəbələrin layihələri artıq hazırdır və yaxın vaxtlarda onların tikintisinə başlanacaq.

Xəbər lenti

Xəbər lenti