...

Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Avqust 2006 11:46 (UTC +04:00)

Avqustun 2-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi pozub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saat 16.15-dən 16.25-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noyamberan rayonunun Barekamavan kəndinin şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Yanıxçal dağı yaxınlığındakı mövqelərini atəşə tutub.

Avqustun 3-də isə Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 02.45-dək 03.35-dək Tərtər rayonunun işğal olunmuş Cerabert kəndinin cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutub.

Cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti