...

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyi dövlət qeydiyyatına alınıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2006 14:18 (UTC +04:00)

Dağlıq Qarabağın azərbaycanlı icması ictimai qurum kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Trend in məlumatına görə, bu barədə jurnalistlərə oktyabrın 14-də mətbuat konfransı keçirən Şuşa şəhərinin icra başçısı, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov açıqlama verib.

O bildirib ki, Ədliyyə Nazirliyinin "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin dövlət qeydiyyatına alınması barədə 29 sentyabr 2006-cı il tarixli qərarı və dövlət qeydiyyatına dair Şəhadətnamə ona təqdim olunub. İctimai Birlik rəsmi olaraq üç nəfər - Nizami Bəhmənov, 125 saylı Xankəndi seçki dairəsindən deputat seçilmiş Həvva Məmmədova və 124 saylı daiədən deputat seçilmiş Elman Məmmədov tərəfindən təsis olunub.

N.Bəhmənovun sözlərinə görə, Dağlıq Qarabağın azərbaycanlı icmasını dövlət qeydiyyatından keçirməkdə məqsəd Qarabağ danışıqlarında, onun statusunun müəyyənləşməsində azərbaycanlı icmasının da iştirakını təmin etməkdir. "Çünki münaqişə sülh yolu ilə həll olunarsa, Dağlıq Qarabağda ermənilərlə birgə yaşayacaq insanlar, məhz biz, yəni, Dağlıq Qarabağın azərbaycanlı icması olacaq. Dağlıq Qarabağın azərbaycanlı əhalisinin sayı 70 minə yaxındır. Dağlıq Qarabağın statusunun müəyyənləşməsi zamanı azərbaycanlı icması kənarda qalmamalı, bizim hüquqlarımızın qorunmasında hər azərbaycanlı iştirak etməlidir"-deyə N.Bəhmənov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti